Rəşad Sadıqov: "Sabah "U-20-nin 7-8 üzvünü əsas heyətdə meydana buraxacağıq"

00:57 4 İyun 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqovun Qazaxıstan yığması ilə yoldaşlıq oyunu öncəsi AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Sadıqov qazaxlarla matçda əsasən, U-20 millisinin üzvlərinə güvənəcəyini deyib: 

 

"Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması Avropa çempionatının seçmə mərhələsində 2-ci yer uğrunda mübarizə aparır. 2-ci yerdən cəmi bir xal geri qalırlar. Güclü rəqiblə oynamağımız bizi sevindirir. Biz də oyuna yaxşı hazırlaşmışıq. Futbolçularımızı, komandamızı yoxlamaq istəyirik. Sabah, demək olar, U-20-nin 7-8 üzvünü əsas heyətdə meydana buraxacağıq. Daha gəncləşdirilmiş heyətimiz olacaq. Çalışacağıq ki, ilk növbədə yaxşı oyun, sonra da yaxşı nəticə olsun".


Digər xəbərlər

Xəbər xətti