21 yaşadək fubolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, Rövlan Muradov və Budaq Nəsirov zədəli olduğu üçün heyətdən çıxarılıb.
Xatırladaq ki, yığmamız iyunun 4-də - bu gün Astanada Qazaxıstan, iyunun 8-də isə Bakıda Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.