Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Astanada Qazaxıstandan olan həmyaşıdları ilə üz-üzə gəlib. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayan görüşdə hesabı komandamız açsa da, üstünlüyü sona qədər qorumaq mümkün olmayıb.
Yoldaşlıq oyunu
4 iyun
13:00 Qazaxıstan (U-21) - Azərbaycan (U-21) 1:1
Qollar: Aybol Abiken, 81-p - Sərtan Taşkın, 36. Hakimlər: Dmitri Muntyan, Andrey Bodyan, Viktor Mardari, Aleksandr Tyan (hamısı Moldova)