“Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini və həyat yoldaşı silahlı şəxslər tərəfindən qarət edilib.
Sportarnea.az xəbər verir ki, cütlüyə Çilinin paytaxtı Santyaqoda restorandan çıxarkən hücum edilib. Pelleqrininin həyat yoldaşının çantasını oğurlayan soyğunçular daha sonra polislə atışmağa başlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Cinayətkarlarların axtarışı davam edir.