DÇ-2018-in iştirakçılarından Səudiyyə Ərəbistanı yığmasının yekun heyəti açıqlanıb. Heyətdəki futbolçulardan 20-si yerli çempionatda top qovur. Səudiyyə Ərəbistanı yığmasının heyətində xarici çempionatda top qovan cəmi 3 oyunçu var.
Sportarena.az xəbər verir ki, millinin baş məşqçisi Xuan Antonio Pitsi “23”-lüyə aşağıdakı futbolçuların adını daxil edib:
Qapıçılar: Məhəmməd Əl-Ovays (Əl-Əhli Ciddə), Yasser Əl-Mosaylem (Əl-Əhli), Abdulla Əl-Mayuf (Əl-Hilal);
Müdafiəçilər: Mansur Əl-Hərbi, Motaz Havsavi (hər ikisi “Əl-Əhli”), Yasser Əl-Şahrani, Osama Havsami, Məhəmməd Əl-Burayk, Əli Əl-Bulaihi (hamısı “Əl-Hilal”), Ömər Havsavi (Əl-Nəsr);
Yarımmüdafiəçilər: Abdulla Əl-Haybari (Əl-Şabab), Əli Əl-Haybari (Əl-İttihad), Abdulla Otaif, Salman Əl-Fərəc (hamısı “Əl-Hilal”), Taysir Əl-Cassim (Əl-Əhli), Hüseyn Əl-Mafhavi, Məhəmməd Kano, Hattan Baherbi (hamısı “Əl-Şabab”), Salem Əl-Dosari (“Vilyarreal”, İspaniya), Yahya Əl-Şəri (“Leqanes”, İspaniya);
Hücumçular: Fəhad Əl-Muvallad (“Levante”, İspaniya), Məhəmməd Əs-Səhlavi (Əl-Nəsr), Məhəmməd Asseri (Əl-Əhli).
Səudiyyə Ərəbistanı yığması mundialda Rusiya, Uruqvay və Misir milliləri ilə bir qrupda mübarizə aparacaq