Mundialın topunun kosmos səyahəti başa çatdı - VİDEO

16:14 4 İyun 2018

2018 Dünya Çempionatının ilk matçında istifadə ediləcək “Telstar-18” rəsmi matç topu kosmosdan gətirilib.

 

Sportarena.az xəbər verir ki, Rusiyanın ev sahibliyi edəcəyi çempionatın topunu rusiyalı kosmonavt Anton Şkaplerov daha öncə göndərilən Beynəlxalq Kosmik Stansiyadan Yer kürəsinə qaytarıb. Rusiya federal Agentliyinin Kosmik şöbəsi olan “Roskosmos”un prezidenti Dmitri Roqozin Beynəlxalq Kosmik Stanisya heyətinin Yerə enişini izləmək üçün Uçuşa Nəzarət Mərkəzinə gedib.

 

Topdan ilk dəfə istifadə edənlər isə rusiyalı kosmonavtlar Anton Şkaplerov və Oleq Artemyev olub. Onlarla birlikdə kosmosda 168 gün keçirən yapon astromavt Norişiqe Kanai və amerikalı Skot Tinql da Yer kürəsinə geri qayıdıb.

 

Qeyd edək ki, Dünya Çempionatı 14 iyun – 15 iyul tarixləri arasında Rusiyanın 11 şəhərində keçiriləcək


Xəbər xətti