Rəşad Sadıqov: "Yeni komanda qururuq"

16:59 4 İyun 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqovun Qazaxıstan yığması ilə oyunda bağlı (1:1) açıqlama verib.
 
Sportarena.az xəbər verir ki, gənc mütəxəssis nəticəni məqbul sayıb:
 
“Yaxşı oyun oldu. Hər iki komandanın ifasında baxımlı futbol izlədik. Komandalar topa daha çox nəzarət etmək istəyirdi. Qazaxıstan yığması hazırda seçmə mərhələdə yüksək yerlər uğrunda mübarizə aparır. Bizdə isə fərqli məqsəd var. Biz yeni komanda qururuq. U-20 komandasından 7 nəfəri bu gün start heyətində meydana buraxdıq. Renad Dadaşov hələ hazır deyil. Son vaxtlar yalnız fərdi məşqlər edib. İstəyirdim ki, bizimlə birgə olsun, komandanı hiss etsin. Ona görə də meydana buraxdım. Ümumiyyətlə, futbolçulardan razı qaldım. Meydanda çox çalışdılar. Verilən tapşırıqları yerinə yetirmək istəyirdilər. Səfərdə oynayırdıq və nəticə də pis deyil”.


Digər xəbərlər

Xəbər xətti