Almaniya yığmasının DÇ-2018 üçün yekun heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, son dünya çempionlarının baş məşqçisi Yoahim Löv uzun müddətdi zədədən əziyyət çəkən, yenicə sıraya qayıdan qapıçı Manuel Noyerin adını mundial üçün açıqladığı heyətə daxil edib. Diqqətçəkən məqam 2014-cü ildə Bundestimi çempion edən "Borussiya"lılar (Dortmund) Martio Götze və Andre Şürlenin heyətdən kənar qalmasıdı. Lövsü daha bir səs-küyə səbəb olan addımı isə "Mançester Siti" ilə Premyer Liqanın qalibi olan Leroy Saneni mundiala aparmamasıdı.
Almaniya millisinin Rusiyaya yollanacaq heyəti açağıdakı kimidi:
Qapıçılar: Manuel Noyer ("Bavariya"), Mark-Аndre ter Şteqen ("Barselona", İspaniya), Kevin Trapp (PSJ, Fransa);
Müdafiəçilər: Mattias Qinter ("Borussiya" Münhenqladbax), Yonas Hektor ("Köln"), Jerom Boatenq, Mats Hummels, Coşua Kimmix, Niklas Süle (hamısı "Bavariya"), Marvin Plattenhardt ("Herta"), Antonio Rüdiqer ("Çelsi", İngiltərə);
Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer"), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska ("Şalke"), İlkay Gündoğan ("Mançester Siti", İngiltərə), Sami Kxedira ("Yuventus", İtaliya), Toni Kroos ("Real", İspaniya), Məsut Özil ("Arsenal", İngiltərə), Sebastian Rudi ("Bavariya");
Hücumçular: Marko Roys ("Borussiya" Dortmund), Mario Qomes ("Ştutqart"), Timo Verner ("Leyptsiq"), Tomas Müller ("Bavariya").
Almaniya millisi DÇ-2018-də İsveç, Cənubi Koreya və Meksika yığmaları ilə bir qrupda mübarizə aparacaq.