Futbol üzrə Xorvatiya yığmasının DÇ-2018 üçün heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Sladko Daliç Rusiyada keçiriləcək dünya çempionatına aşağıdakı 23 futbolçunu aparmağa qərar verib:
Qapıçılar: Lovre Kaliniç (“Gent”), Daniyel Subaşiç (“Monako”), Dominik Livakoviç (“Dinamo”, Zaqreb);
Müdafiəçilər: Şime Vrsalko (“Atletiko”, Madrid), Vedran Çorluka (“Lokomotiv”, Moskva), Domaqoy Vida (“Beşiktaş”), İvan Ştriniç (“Sampdoriya”), Tin Yedvay (“Bayer”), Deyan Lovren (“Liverpul”), Dulye Kaleta-Kar (“Zalsburq”), Yosip Pivarik (“Dinamo”, Kiyev);
Yarımmüdafiəçilər: Marselo Brozoviç (“İnter”), İvan Rakitiç (“Barselona”), Luka Modriç (“Real”, Madrid), Milan Badel (“Fiorentina”), Mateo Kovaçiç (“Real”, Madrid), Filip Bradariç (“Riyeka”);
Hücumçular: Ante Rebiç (“Ayntraxt”, Frankfurt), Marko Pyaça (“Şalke”), Mario Mandzukiç (“Yuventus”), Andrey Kramariç (“Hoffenhaym”), Nikola Kaliniç (“Milan”), İvan Perisiç (“İnter”).
Xorvatiya yığması mundialda İslandiya, Nigeriya və Argentina ilə birgə D qrupunda mübarizə aparacaq.