İyunun 12-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku” uğrunda futbol turniri start götürəcək.
Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından (PFL) Report-a məlumat verilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq yarışa 4 komanda qatılacaq. Bunlar "Araz Naxçıvan”, I Divizion təmsilçiləri MOİK, "Şüvəlan” və "Zaqatala”dır. Dörd gün davam edəcək turnirin püşkü iyunun 11-də atılacaq.
Qeyd edək ki, "Heydər Əliyev Kuboku” ardıcıl üçüncü il keçiriləcək.