Futbol üzrə Kolumbiya yığmasının DÇ-2018 üçün yekun heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, sözügedən kollektiv Rusiyada təşkil olunacaq dünya çempionatında bu heyətlə mübarizə aparacaq:
Qapıçılar: David Ospina (“Arsenal”, İngiltərə), Kamilo Varqas (“Deportivo Kalo”), Xose Kuadrado ("Onse Kaldas");
Müdafiəçilər: Santyaqo Arias (PSV, Hollandiya), Kristian Sapata ("Milan", İtaliya), Frank Fabra ("Boka Xuniors", Argentina), Yerri Mina ("Barselona", İspaniya), Davinson Sançes ("Tottenhem", İngiltərə), Xoan Mohika ("Jirona", İspaniya), Oskar Murilyo ("Paçuka", Meksika);
Yarımmüdafiəçilər: Abel Aqilar ("Deportivo Kali"), Vilmar Barrios ("Boka Xuniors", Argentina), Cefferson Lerma ("Levante", İspaniya), Mateus Uribe ("Amerika", Meksika), Karlos Sançes ("Espanyol", İspaniya), Xuan Kuadrado ("Yuventus", İtaliya), Xuan Kintero ("River Pleyt", Argentina), Xose İskierdo ("Brayton", İngiltərə), Xames Rodriqes ("Bavariya", Almaniya);
Hücumçular: Karlos Bakka ("Vilyarreal", İspaniya), Radamel Falkao ("Monako", Fransa), Migel Borxa ("Palmeyras", Braziliya), Luis Muriel ("Sevilya", İspaniya).
Kolumbiya millisi mundialda Yaponiya, Seneqal və Polşa yığmaları ilə bir qrupda mübarizə aparacaq.