Lənkəranın futbol klubu növbəti mövsümdən etibarən Birinci Divizionda mübarizə aparacaq.
Sportarena.az xəbər verir ki, yeni yaradılan "Xan Xəzər-Lənkəran" adlı klubun hədəfləri böyükdür. Gələcəkdə Azərbaycanın futbol elitasında çıxış etmək istəyən komanda ev oyunlarını Lənkəranda keçirəcək. Heyətdə əsasən yerli futbol məktəbinin yetirmələri yer alacaq.
Əsası 1968-ci ildə qoyulan klub artıq dövlət qeydiyyatından keçib. (Sportfm.az)