Futbol üzrə Fransa yığmasının DÇ-2018 üçün yekun heyəti müəyyənləşib.
Sportarena.az xəbər verir ki, baş məşqçi Didye Deşam Rusiyada keçiriləcək dünya çempionatına bu 23 futbolçunu aparmağa qərar verib:
Qapıçılar: Uqo Loris ("Tottenhem", İngiltərə), Stiv Mandandan ("Olimpik", Marsel), Alfons Areola (PSJ);
Müdafiəçilər: Rafael Varan ("Real”, İspaniya), Adil Rami ("Olimpik", Marsel), Cibril Sidibe ("Monako"), Samuel Umtiti ("Barselona", İspaniya), Benjamen Mendi ("Mançester Siti", İngiltərə), Benjamen Pavar ("Ştuttqart", Almaniya), Luka Ernandes ("Atletiko”, Madrid, İspaniya), Presnel Kimpembe (PSJ);
Yarımmüdafiəçilər: Blez Matuidi ("Yuventus", İtaliya), Pol Poqba ("Mançester Yunayted", İngiltərə), Nqolo Kante ("Çelsi", İngiltərə), Toma Lemar ("Monako"), Koranten Tolisso ("Bavariya", Almania), Stiven Nzonzi ("Sevilya", İspaniya);
Hücumçular: Olivye Jiru ("Çelsi", İngiltərə), Antuan Qrizmann ("Atletiko", Madrid, İspaniya), Kilian Mbappe (PSJ), Usman Dembele ("Barselona", İspaniya), Nabil Fekir ("Olimpik", Lion), Florian Toven ("Olimpik", Marsel).