UEFA "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırıb.
Sportarena.az xəbər verir ki, buna onun Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la cavab oyununda (1:2) hakimə qarşı etdiyi hərəkət səbəb olub. UEFA biri şərti olmaqla, 47 yaşlı mütəxəssisə iki oyunluq şərti cəza tətbiq edib. Qvardiola bir mövsüm ərzində eyni hərəkəti edəcəyi təqdirdə, şərti cəza qüvvəyə minəcək.
Qeyd edək ki, o, "Liverpul"la matçın birinci hissəsi bitdikdən sonra meydançaya daxil olaraq hakim Mateu Laosa futbolçusu Leroy Sanenin qolunu qeydə almadığı üçün narazılığını bildirib. Hakimə qışqıran baş məşqçi texniki zonadan uzaqlaşdırılıb.