UEFA "Yuventus"un qapıçısı Canluici Buffonu cəzalandırıb.
Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"la cavab oyununda (3:1) qırmızı vərəqə görən və baş hakim Maykl Oliveri təhqir edən qolkiper 3 oyunluq cəza alıb.
Qeyd edək ki, M. Oliver Madriddəki oyunda 3:0 hesabı ilə öndə olan "Yuventus"un qapısına penalti təyin etmişdi. Hakimə sərt şəkildə etirazını bildirən Buffon qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Təcrübəli qapıçı oyundan sonra verdiyi açıqlamada referini təhqir etmişdi.