"Yuventus"dan ayrılan Ştefan Lixtştayner karyerasını "Arsenal"da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. Azad agent kimi London təmsilçisinə keçən isveçrəli futbolçu yeni komandası ilə 1 illik müqavilə bağlayıb. O, "Arsenal"da 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Lixtştayner 2011-ci ildən "Yuventus"da çıxış edirdi.