Ramil Şeydayev: "Məğlubiyyətə layiq idik"

21:10 5 İyun 2018

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Qazaxıstan yığması ilə keçirilmiş yoldaşlıq oyunu (0:3) barədə AFFA-nın saytına fikirlərini bildirib:
 
Sportarena.az xəbər verir ki, gənc hücumçu pis oynadıqlarını etiraf edib:
 
“Açığı bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik. Pis oynadıq. Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil. Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti