Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoldaşlıq görüşü keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığması Qazaxıstan seçməsinin qonağı olub və darmadağınla üzləşib.
Günün maraqlı oyunlarından biri Moskvada keçirilib. Bir neçə gün sonra start götürəcək dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması mundialdan kənarda qalan Türkiyə seçməsini qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib.
Yoldaşlıq oyunları
5 iyun
Qazaxıstan - Azərbaycan 3:0
Rusiya - Türkiyə 1:1
Litva - Latviya 1:1
Rumıniya - Finlandiya 2:0
Lüksemburq - Gürcüstan 1:0