"Spartak" Ayaz Quliyevi satdı

18:17 6 İyun 2018

Moskva "Spartak"ı azərbaycanlı futbolçu Ayaz Quliyevi “Rostov”a satıb.

 

Sportarena.az xəbər verir ki, 21 yaşlı futbolçu "Rostov"la 4 illik müqavilə bağlayıb. Bu barədə klubun saytı məlumat yayıb. Keçid üçün Moskva təmsilçisinə 500 min avro ödənilib. Rusiyanın U-21 millisinin üzvü olan Quliyev transferlə bağlı bunları deyib:

 

"Peşəkar karyeramı daha da inkişaf etdirmək üçün gözəl addım oldu. Ötən mövsüm "Rostov"da çıxış etdim və klub mənim xidmətimdə maraqlı oldu. İndi yeni mövsümü gözləyirəm”.

 

Ayaz "Spartak"ın yetirməsidi. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Rostov"da keçirib.


Digər xəbərlər

Xəbər xətti