Millimizin Latviya ilə keçirəcəyi yoxlama oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, matçı Belarus Futbol Federasiyasından Denis Şerbakov idarə edəcək.Ona həmyerliləri Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandr Anufriyev yerinə yetirəcək.
Qeyd edək ki, Latviya – Azərbaycan matçı iyunun 9-u Riqanın “Dauqava” stadionunda keçiriləcək.