Almaniya yığmasının futbolçusu Məsut Özil DÇ-2018-də Meksika ilə keçiriləcək ilk qarşılaşmada meydana çıxmaya bilər.
Sportarena.az xəbər verir ki, Özil zədələnib. Onun Avstriya ilə keçirilən yoldaşlıq oyununda (1:2) zədələndiyi bildirilir. Özil belindən aldığı zədə ucbatından İngiltərə Premyer Liqasının son oyunlarında da meydana çıxmamışdı.
Verilən məlumatda bildirilir ki, Özil son 4 gündə yığma komandanın məşqlərində iştirak etməyəcək. Meksika ilə qarşılaşma iyunun 17-də keçiriləcək.