Latviya millisinin futbolçusu Yanis İkaunyeks yığmamızla yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına açıqlama verib.
Sportarena.az xəbər verir ki, o bunları deyib:
“Litva və Estoniya ilə oyunlarla müqayisədə Azərbaycanla matç daha ciddi olacaq. Azərbaycan yığması yüksək keyfiyyətli heyətə malikdi. Onlar fəal və hərəkətli kollektivdi".
O, Azərbaycanla matçda iştirak etmək istədiyini vurğulayıb:
"Son iki oyunda da 90 dəqiqə meydanda olmuşam. Ümid edirəm ki, baş məşqçi mənə Azərbaycana qarşı oynamaq şansı da verər”.
Qeyd edək ki. Latviya - Azərbaycan matçı iyunun 9-da keçiriləcək.