Millimizin oyunu ona tapşırıldı

14:59 7 İyun 2018

"Dalğa Arena"da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, matçı İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan U-21 - Macarıstan U-21 sabah saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti