“Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin yeni klubu bəlli olub.
Sportarena.az xəbər verir ki, Makedoniya millisinin sabiq üzvü karyerasına ölkəsinin “Şkupi” klubunda davam etdirəcək.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın uğurları üçün tər töküb. Onun son klubu isə Albaniyanın “Flamurtari” klubu olub.