“Qalatasaray”ın UEFA-dan alacağı cəza bəlli olub.
Sportarena.az xəbər verir ki, Superliqa çempionu qitə futbol qurumu ilə müqavilə imzalayacaq. 4 il üçün nəzərdə tutulan həmin müqavilənin detalları da müəyyənləşib. Belə ki, tərəflər arasında razılığa əsasən, Türkiyə klubu qarşıdakı 4 ildə 4 tələbə əməl etməli olacaq.
1. Çempionlar Liqasının qrup mərhələsi üçün iştirak ərizəsinə 25 yox, 21 futbolçu salınacaq.
2. Klub 2016-cı ildə maliyyə feyr-pley qaydalarını pozduğu üçün 6 milyon avro məbləğində cərimələnəcək. Bunun 2,5 milyonu nəğd ödəniləcəksə, qalan pul UEFA-dan gələcək puldan çıxılacaq.
3. Klubun ziyanı ilk ildə 20, ikinci ildə 10 milyon avroya düşürüləcəksə, “cim-bom” üçüncü ili zərərsiz tamamlamalı və dördüncü ildə 10 milyon avroluq gəlir götürməlidi.
4. Yalnız satdığı oyunçu sayı qədər yeni transferlər edə biləcək.
Klub prezidenti Mustafa Cengizin bu gün həmin müqaviləyə qol çəkməsi gözlənilir.
Qeyd edək ki, "Qalatasaray"ın 2 il müddətinə transer qadağası və avrokuboklardan uzaqlaşdırılacağı gözlənilir. UEFA İstanbul klubuna güzəşt etmək qərarına gəlib.