“Borussiya” heyətinə yeni futbolçu cəlb edib.
Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi “Verder”in yarımmüdafiəçisi Tomas Dileyni ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Danimarka millisinin üzvü ötən mövsüm Bundesliqada 32 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə edib.