Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində növbəti yoldaşlıq görüşləri keçirilib.
Sportarena.az xəbər verir ki, dünya çempionatında iştirak edəcək komandalardan İngiltərə və Kosta Rika yığmaları bir-biri ilə qarşılaşıb. Avropalılar bu görüşdə inamlı qələbəyə seviniblər. Portuqaliya Əlcəzairlə görüşdə darmadağınla qalib gəlib. İslandiya Qana ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. DÇ-nin daha bir iştirakçısı Cənubi Koreya isə Boliviya ilə görüşdə qolsuz heç-heçəyə razılaşıb.
Yoldaşlıq oyunları
7 iyun
Cənubi Koreya – Boliviya 0:0
İngiltərə - Kosta Rika 2:0
Portuqaliya – Əlcəzair 3:0
İslandiya – Qana 2:2