Bu gün 21 yaşadək futbolçulardan ibarət yığmamız yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Macarıstandan olan həmyaşıdları ilə üz-üzə gəlib. Yığmamız 2 top fərqi ilə geridə olduğu görüşdən heç-heçə ilə ayrılıb..
Yoldaşlıq oyunu
8 iyun
19:00 Azərbaycan (U-21) - Macarıstan (U-21) 3:3
Qollar: Ehtiram Şahverdiyev, 49-pen. Renat Dadaşov, 67. Anton Krivostyuk, 71 - Qabor Makray, 28. Atilla Haris, 37. Matias Tayti, 50.Baş hakim: İnqilab Məmmədov
Köməkçi hakimlər: Knyaz Əmiraslanov, Cəmil Quliyev
Dördüncü hakim: Orxan Məmmədov
Mərdəkan. “Dalğa Arena”