"Liverpul" Nəbi Keyta və Fabinyonun ardından daha bir keçidi həll edib.
Sportarena.az xəbər verir ki, "qırmızılar" Fransa millisinin üzvü olan Nabil Fekirin transferi üçün "Lion"la razılığa gəlib. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bu keçid üçün mersisaydlılar "aslanlar"a 65 milyon avro təzminat ödəyəcək. 24 yaşlı hücumçu bu gün tibbi müayinədən keçəcək və 5 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Fekir "Lion"un yetirməsidir.