AFFA Premyer Liqa klubları ilə görüş keçirildi

14:57 8 İyun 2018

Bu gün AFFA-nın inzibati binasında 2018-2019-cu il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib. Tədbirin sonunda növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.

 

Azərbaycan Premyer Liqasının növbəti mövsümündə “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Keşlə”, “Səbail”, “Zirə” və “Sabah” klublarının iştirak edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti