Argentina millisi ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Manuel Lansini zədələnib. Diz qapağından zədə alan “Vest Hem”in üzvü dünya çempionatını buraxacaq. Onun gələn mövsümün əvvəllərində meydana qayıdacağı gözlənilir.
Qeyd edək ki, 25 yaşlı futbolçu ötən ildən milliyə dəvət alır.