Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyruş FİFA-ya müraciət edib.
Sportarena.az xəbər verir ki, ABŞ kompaniyası “Nike” İran yığmasını geyimlə təmin etməkdən imtina edib. Buna səbəb ABŞ hakimiyyətinin İrana qarşı tətbiq etdiyi sanksiya olub.
DÇ-2018-in başlamasına bir həftə qalmış kompaniyanın belə bir addım atması İran yığmasını çətin vəziyyətə salıb. Baş məşqçi FİFA-dan kömək istəyib:
“Futbolçular bu geyimlərə öyrəşiblər. DÇ-nin başlamasına bir həftə qalmış onları dəyişmək olmaz. Biz FİFA-ya müraciət edərək, bu məsələdə bizə kömək etməsini istəyirik”.