Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində növbəti yoldaşlıq görüşləri keçirilib.
Sportarena.az xəbər verir ki, dünya çempionatında iştirak edəcək komandalardan bəzisi elə bir-biri ilə qarşılaşıb.
Üç qolun qeydə alındığı Xorvatiya – Seneqal görüşündə birincilər sevinən tərəf olublar. İsveçrə - Yaponiya oyununda da Avropa təmsilçisi qələbə qazanıb.
Almaniya – Səudiyyə Ərəbistanı qarşılaşmasında da üç qol qeydə alınıb. Bundestim asiyalıları çətinliklə məğlub edib. İran Litvaya minimal hesabla qalib gəlib. Polşa isə dörd qolun qeydə alındığı Çili ilə qarşılaşmada heç-heçəyə razılaşıb.
Yoldaşlıq oyunları
8 iyun
Litva – İran 0:1
Xorvatiya – Seneqal 2:1
İsveçrə - Yaponiya 2:0
Almaniya – Səudiyyə Ərəbistanı 2:1
Polşa – Çili 2:2