Bu gün Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Riqada Latviya millisinin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Bu, seçmə komandamızın Qurbanovun rəhbərliyi altında 6-cı qarşılaşması olacaq. Yığmamız bu il bundan öncə keçirdiyi 5 matçın 1-də qalib gəlib, 2-də heç-heçə edib, digər 2 görüşdə isə uduzub. Seçmə komandamız bir neçə gün öncə Astanada Qazaxıstan millisinə böyük hesabla (0:3) məğlub olub.
Yoldaşlıq oyunu
9 iyun
19:00 Latviya - Azərbaycan 1:3
Qol: Maksim Medvedev, 20. Cavid İmamverdiyev, 58. Emin Mahmudov, 63.
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa. “Dauqava” stadionu