Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri vəfat edib.
Sportarena.az xəbər verir ki, 58 yaşlı veteran futbolçu bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. Ürəyində ağır hiss edən F.Vokrri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Kosovo Millətlər Liqasında Farer adaları, Malta və yığmamızla eyni qrupda mübarizə aparacaq.