Rusiya futbolu şokda - Kubokun qalibi olan klub dağıldı

14:12 10 İyun 2018

Bir neçə gündən sonra Rusiyada futbol üzrə dünya çempionatı start götürəcək. Ancaq bu ölkənin futbol təsərrüfatında hər şey qaydasında deyil. Bəzi Rusiya klublarının maddi vəziyyəti o qədər də qənaətbəxş sayılmır.

 

Sportarena.az xəbər verir ki, bu mövsüm Rusiya kubokunu qazanmış “Tosno” klubu fəaliyyətini dayandırıb. Bu barədə məlumatı klubun sponsoru “FortGroup” kompaniyasının rəhbəri Maksim Levçenko “facebook”da bildirib.

 

O, “Tosno”nun maliyyə böhranına görə fəaliyyətini dayandırdığını yazıb. Levçenko bildirib ki, klubun yükünü təkcə çəkməyə hazır olmayıblar, kömək ediləcəyi ilə bağlı verilən vədlər isə yerinə yetirilməyib.

 

“Tosno” 2013-cü ildə yaradılmışdı. Komanda 2017-ci ildə Rusiya futbolunun elitasına yüksəlmişdi. Komanda Rusiya kubokunu qazanmasına baxmayaraq, çempionatda 15-ci pilləni tutaraq, elitanı tərk etmişdi.


Digər xəbərlər

Xəbər xətti