Azərbaycan prezidenti İlham Əliyev DÇ-2018-in açılış mərasimində iştirak edəcək.
Sportarena.az xəbər verir ki, bu haqda Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, açılış mərasimi iyunun 14-də Rusiyanın “Lujniki” stadionunda təşkil ediləcək. Açılışdan sonra çempionatın ilk görüşü - Rusiya – Səudiyyə Ərəbistanı matçı keçiriləcək.