Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, püşk mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. ÇL-in ilkin mərhələsində UEFA-nın klub reytinqinə görə ən zəif 4 komanda iştirak edəcək. Bunlar “Santa-Koloma” (Andorra), “Linkoln” (Cəbəllütariq), La-Fiorita (San-Marino) və “Drita”dı (Kosovo). Onlar növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda mübarizə aparacaqlar.
ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq. Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək.
Çempionlar Liqası
Çempionlar yolu, ilkin mərhələ
FK Santa Koloma (Andorra) - Drita (Kosovo)
La Fiorita (San-Marino) - Linkoln (Cəbəllütariq)