Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Portuqaliyanın “Eştoril” klubu ilə anlaşdığını xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, Renatın Portuqaliyanın 2-ci liqa klubu ilə anlaşmasının detalları məlum olub. Portuqaliya mətbuatının yazdığına görə, millimizin hücumçusu son mövsümdə elitanı tərk edərək aşağı liqaya düşən “Eştoril”lə 2 illik müqavilə bağlayıb.
Dadaşovun son klubu Almaniya “Ayntraxt”ı olub. O, bu komandadan intizamsız davranışlara görə uzaqlaşdırılmışdı