Çeçenistan rəhbəri Ramzan Kadırovun Misir yığmasının lideri Məhəmməd Salahla görüşməsi etiraza səbəb olub.
Sportarena.az xəbər verir ki, “Human Rights Watch” təşkilatı Kadırovun Salahla görüşməsinə öz etirazını bildirib. Təşkilat hesab edir ki, Kadırov bu görüşdən şəxsi maraqları naminə yararlanır. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber məsələ ilə bağlı açıqlama verib:
“Kadırov Misir yığmasının Çeçenistandakı bazada qalmasından şəxsi mənafeyi naminə istifadə edir. Bu, yüz faiz gözlənilən idi. O, diqqət mərkəzindədi, amma regionu da amansızcasına idarə edir. Kadırov insan haqlarının müdafiəsi ilə bağlı istənilən fəaliyyəti dağıtmağa cəhd göstərib”.