Azərbaycanlı hakim Xəyalə Əzizzadə UEFA-dan təyinat alıb.
Sportarena.az xəbər verir ki, FİFA referi köməkçisi 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempinatının final mərhələsinin oyunlarında iştirak edəcək. X.Əzizzadə AÇ-da yan xətt hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Avropa çempionatı iyunun 18-dən 30-dək İsveçrədə keçiriləcək.