Heydər Əliyev kubokunun püşkü atıldı

10:42 13 İyun 2018

Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi Naxçıvan Kuboku keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkilatçılıq edəcəyi yarışda 4 komanda qalib adı uğrunda mübarizə aparacaq.

 

Turnirin ötənilki qalibi MOİK eləcə də “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan” yarışda işirak edəcəklər. Açılış oyunu 13 iyunda reallaşacaq yarışa 15 iyun Qurtuluş günündə yekun vurulacaq. Turnir zamanı ən çox xal toplayan komanda kuboka və qızıl medullara sahib çıxacaq. Yekunda 2 və daha artıq komandanın xalları bərabər olarsa, turnirin reqlamentinə əsasən qalib müəyyən olunacaq.

 

Ötən gün isə Şərur Olimpiya Kompleksində turnirin püşkatma mərasimi keçirilib. Püşkatmada Peşəkar Futbol Liqasının nümayəndələri ilə yanaşı klub rəsmiləri də iştirak ediblər.

 

Püşkatmaya əsasən, turnirin oyun cədvəlini təqdim edirik.

 

13 iyun

MOİK – “Şüvəlan”

Naxçıvan şəhər stadionu, 11:00

 

“Zaqatala” – “Araz Naxçıvan”

Naxçıvan şəhər stadionu, 17:30

 

14 iyun

“Şüvəlan” – “Araz Naxçıvan”

Naxçıvan şəhər stadionu, 11:00

 

MOİK – “Zaqatala”

Naxçıvan şəhər stadionu, 17:30

 

15 iyun

“Zaqatala” – “Şüvəlan”

Naxçıvan şəhər stadionu, 11:00

 

“Araz Naxçıvan” – MOİK

Naxçıvan şəhər stadionu, 18:30


Digər xəbərlər

Xəbər xətti