Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də Rusiya Federasiyasına işgüzar səfəri başlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ölkə başçısı Rusiyada iyunun 14-də start götürəcək futbol üzrə dünya çempionatının açılışı mərasimində iştirak edəcək. Bu üzdən də Azərbaycan prezidentini qarşılayanlar arasında DÇ-2018-in maskotu da olub.