2026-cı ildə keçiriləcək dünya çempionatına hansı ölkələrin ev sahibliyi edəcəyi məlum olub.
Sportarena.az xəbər verir ki, 8 il sonra baş tutacaq turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Şimali Amerika ölkələri turniri birlikdə təşkil edəcəklər.
2026-cı ildə təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə pley-offlarda olmaqla cəmi 80 matç oynanılacaq.
Şimali Amerikada sonuncu dəfə dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl - 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.
DÇ-2026-ya ev sahibliyi etməyə Mərakeş də iddialı idi.