Şəhriyardan heç-heçə

10:23 14 İyun 2018

Belçikanın Lyoven şəhərində “Grand Chess Tour” seriyasının I mərhələsi davam edir.

 

Sportarena.az xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışın rapid növündə daha 3 tur oynanılıb. Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) xalları yarı bölüb. O, VI turda isə Fabiano Karuanaya uduzub. Nəticədə ilk 3 turda 3 xal qazanan həmyerlimiz aktivinə daha 4 xal əlavə edib və 4-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, turnirdə bu gün daha 3 matç baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti