Futbol üzrə Rusiya yığması DÇ-2018-in açılış matçında Səudiyyə Ərəbistanına 5:0 hesabıyla qalib gəlsə də, bu oyunda ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, qarşılaşmanın ilk yarısındaca topsuz vəziyyətdə əzələsini dartan Alan Dzaqoyev matçı davam etdirə bilmədi. Bu üzdən də o, erkən əvəzlənmək məcburiyyətində qalıb.
Artıq Moskva ÇSKA-sının şərəfini qoruyan futbolçunun durumuna aydınlıq gəlib. Dzaqoyevin azı 1-2 həftə oynaya bilməyəcəyi bildirilir. Bunu yığmanın həkimi, həmçinin Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin də təsdiqləyib. Bu isə futbolçunun qrup mərhələsindəki növbəti oyunlarda iştirak edə bilməyəcəyindən xəbər verir.