DÇ-2018-in açılış matçı çərçivəsində keçirilən Rusiya Səudiyyə Ərəbistanı görüşündə erkən zədələnən Alan Dzaqoyevi əvəz edən Denis Çerışev bu qarşılaşmanın qəhrəmanına çevrildi.
Sportarena.az xəbər verir ki, o, komandasının qələbəsinə vurduğu 2 qolla töhfə verdi və matçın ən yaxşı futbolçusu seçildi.
Dzaqoyevin 24-cü dəqiqədə Çerışevlə əvəzlənməsi dünya çempionatları tarixində ən erkən əvəzlənmə olub. Çerışev daha bir maraqlı ilkə imza atıb.
O, dünya çempionatlarında əvəzetmədən meydana çıxmaqla mundialın ilk oyununda qol vuran yeganə futbolçuya çevrilib. Əvvəlki 20 dünya çempionatının heç birində açılış oyununda sonradan meydana çıxan futbolçular qol vura bilməyib.