Türkiyəli FİFA referisi Cüneyt Çakır Rusiyada təşkil olunan DÇ-2018-in Mərakeş – İran matçını idarə etməklə tarixə düşüb.
Sportarena.az xəbər verir ki, 41 yaşlı hakim ardıcıl iki dünya çempionatında oyun idarə edən ilk türkiyəli ədalət təmsilçisinə çevrilib.
Çakır 2014-cü ildə Braziliyada təşkil olunan DÇ-də də iş başında olmuşdu. O, həmin mundialda 3 oyun idarə etmişdi.