Argentina millisinin üzvü Xavyer Maskerano yığmanın tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, hazırda DÇ-2018-in ilk turunda İslandiya ilə matçın start heyətində meydana çıxan 34 yaşlı müdafiəçi yığmadakı oyun sayını 144-ə çatdırıb. Bununla da o, Xavyer Zanettinin rekordunu (143) yeniləyib.
Qeyd edək ki, Maskerano 2003-cü ildən Argetina millisində çıxış edir.