Misir millisinin qapıçısı Məhəmməd Əl-Şenavi DÇ-2018-in Uruqvayla matçı üçün layiq görüldüyü oyunun ən yaxşı futbolçusu mükafatından imtina edib.
Sportarena.az xəbər verir ki, buna onun dini baxışları səbəb olub. Misirli oyunçu Uruqvaya 0:1 hesabı ilə uduzduqları görüşdə qapıya gələn dörd zərbəni zərərsizləşdirə bilib. Misir 90-cı dəqiqədə buraxdığı yeganə qolla uduzub.
Müsəlman qolkiper görüşün ən yaxşı oyunçusu seçilsə də, mükafatı qəbul etməyib. Mükafatı təsis edənin alkoqol şirkəti olması qapıçının belə qərar verməsinə gətirib çıxarıb.